Salavat Kusimov
Salavat Kusimov (8 mart 1942, Kirovabad) — Ufa Dövlət Aviasiya Texniki Universitetinin prezidenti, UDATU rektoru (1992–2003), Başqırdıstan Respublikası Qurultayının deputatı (2003-2008), rus alim, texniki elmlər doktoru, professor.
İkinci Dünya müharibəsi qəhrəmanı general Tahir Qasımovun oğludur.
Moskva Energetika Universitetinin mühəndis elektrik fakültəsini bitirmişdir (1965). Elmlər namizəti (1971) və professordur (1991).
Sovet İttifaqı ixtiraçı müəllifi (1985), Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü (1998), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1993), Beynəlxalq Ali Təhsil Elmləri Akademiyasının (1994), Petrovski Elmlər və İncəsənət Akademiyasının (1994), Petrovski Keyfiyyət Problemləri Akademiyasının (1995), Başqırdıstan Respublikasının Elmi və Tədrisə Yardım üzrə Dövlət İdarəetmə Şurasının, Başqırdıstan İctimai Təhlükəsizlik Şurasının üzvü, Nümayəndələr Palatasının müavini, millət vəkili. əvvəllər Başqırdıstan Respublikası Dövlət Assambleyasının sədri. "Şərəf nişanı" ordenli (1985).
Kompleks texniki obyektlərin, optik-mexanik sistemlərin, adaptiv lazer optiklərinin idarə olunmasında mütəxəssisdir. Elmi istiqaməti — yüksək lazer radiasiyasının parametrlərinə nəzarət etməkdir. Elmi araşdırmalarının nəticələri aviasiya sənayesində tətbiq olunur.